İranda spirtli içkidən kütləvi zəhərlənmə olub.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Qərbi Azərbaycan vilayətində toyda baş verib.
Vilayətin təcili tibbi yardım Mərkəzinin fövqəladə hallar üzrə nümayəndəsi bildirib ki, spirtli içkidən 39 nəfər zəhərlənib. Onlardan biri ölüb.
Zəhərlənən şəxslər xəstəxanalara çatdırılıb.
Qeyd edək ki, ötən ili İranın Qərbi Azərbaycan vilayətində spirtli içkidən 48 nəfər zəhərlənib.