9d6b21b7-5338-41de-a6c6-f0d415ae35e3..jpg

İranda yeni hicab qalmaqalı – VİDEO

Baxış sayı: 783 dəfə baxılıb.

İranda yeni hicab qalmaqalı – VİDEO

İranda ötən ilin sentyabrında Məhsa Əmini adlı gənc qadının ölümünə və ölkədə
hələ də davam edən etirazların başlanmasına səbəb olan məcburi hicab məsələsi
həllini tapmadığından yeni qalmaqallı hadisələrin yaşanmasına gətirib çıxarır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sonuncu belə hay-küylü olay İran Milli
Kitabxanasında baş verib.

Belə ki, bir neçə gün əvvəl İran Milli Kitabxanası tərəfindən bəzi qadın
istifadəçilərə mesaj göndərilib və hicaba riayət etmədikləri üçün onların
kitabxanaya üzvlüyünün dayandırıldığı barədə məlumat verilib.

Bu məsələ qadın oxucuların kəskin etirazı ilə qarşılanıb və fevralın 13-də
onların bir qrupu Milli Kitabxana rəhbərliyinin həmin addımı əleyhinə bəyanat
yayıb. Bəyanatda sözügedən qərar cinsi ayrı-seçkilik aktı və İran
hakimiyyətinin dəyənək və güllə siyasətindən yumşaq sıxışdırma metoduna
keçməsinin təzahürü kimi qiymətləndirilib.

Qeyd olunub ki, göndərilən mesajlarda mümkün reaksiyalar nəzərə alınaraq hicab
sözündən istifadə edilməyib və kitabxanadan istifadə qaydalarının 10-cu
maddəsinin 7-ci bəndinə istinad olunub.

Həmin bənddə isə deyilir:

“Kitabxana daxilində islami geyimə, dini, mədəni və ictimai normalara riayət
olunması məcburidir. Bu qaydanın pozulması müşahidə edildiyi halda, məsələ
üzvlük komitəsinə çıxarılır və lazımi qərar qəbul olunur”.

Bəyanatda o da vurğulanıb ki, əldə olunan məlumatlara görə, Milli Kitabxana
rəhbərliyi mümkün etirazlara şərait yaratmamaq üçün hicaba riayət etməyən qadın
istifadəçilərin üzvlüyünün dayandırılmasını on nəfərlik qruplar üzrə həyata
keçirmək niyyətindədir.

Bəyanatın sonunda hicab məsələsinə görə qadınların ən adi ictimai xidmətlərdən
məhrum edilməsi kəskin şəkildə pislənilib və bütün məqbul yollarla buna imkan
verilməyəcəyi bildirilib.


Source link