ed417fef-395b-4a52-b5d4-227bc271d5fc..jpg

İranda yoxsulluq indeksi artıb – FOTO

Baxış sayı: 473 dəfə baxılıb.

İranda yoxsulluq indeksi artıb – FOTO

İran Statistika Mərkəzinin hesabatları da daxil olmaqla rəsmi statistikanın
araşdırılması göstərir ki, yaz mövsümünün sonunda ölkənin bir çox əyalətlərində
yoxsulluq indeksi artıb və Lorestan əyaləti də daxil olmaqla, təxminən 70%-ə
çatıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Yoxsulluq indeksi işsizlik səviyyəsini inflyasiya səviyyəsinə əlavə etməklə
əldə edilir və Statistika Mərkəzinin hesabatında cari ilin ilk üç ayı ərzində
ötən ilin yazına nisbətən bu indeksin 1,7% artdığı göstərilir.

İranlı iqtisadçıların sözlərinə görə, bu indeks ölkə daxilindəki inflyasiya və
ən əsası da intihar statistikası ilə birbaşa bağlıdır.

Source link