İranda zəlzələ baş verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın cənubunda 4,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi
olan Bəndər Abbas şəhərindən 54 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10
km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Mənbə: TASS