2d3879a5-b5d1-4c8e-9aaa-a5c16d41edb5.webp

İranda zəlzələ: Xəsarət alanlar var

Baxış sayı: 159 dəfə baxılıb.

İranın şimalında Germsar şəhəri yaxınlığında baş verən 4,6 bal gücündə zəlzələ
nəticəsində azı 9 nəfər xəsarət alıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bütün zərərçəkənlərin yüngül bədən xəsarətləri aldığı qeyd edilir. Agentlik,
həmçinin zəlzələ nəticəsində şəhərdə bəzi abonentlərin elektrik enerjisinin və
internetinin kəsildiyini bildirib.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə,
təxminən 49,4 min insanın yaşadığı Germsardan 5 km şimal-şərqdə 4,6 bal gücündə
zəlzələ baş verib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə yerləşib.

Source link