3084965c-e687-470a-8c48-fca7d8ec4fd2..jpg

İrandakı səfirliyimizə edilən teraktın qarşısının alınmasında iştirak edən şəxslər təltif olundular – SƏRƏNCAM

Baxış sayı: 789 dəfə baxılıb.

İrandakı səfirliyimizə edilən teraktın qarşısının alınmasında iştirak edən
şəxslər təltif olundular – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı
Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak
etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az
məlumat yayıb.

Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran
İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının
alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu
yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər
təltif edilirlər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə

Tağıyev Vasif Natiq oğlu

“Vətən uğrunda” medalı ilə

Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)

İmanov Mahir Kamil oğlu.

Source link