İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovun atası: “Ölüm
hökmü ədalətli olar” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan
mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov İran hökumətinin
qətli törədən şəxsə ölüm hökmünün verilməsinə dair yayılan xəbərlərə münasibət
bildirib.
O, “Qafqazinfo”ya açıqlamasında belə bir qərar olarsa, bunun ədalətli
olacağını bildirib:
“Bu xəbəri biz də eşitdik. Amma nə qədər həqiqətə uyğundur bilmirik. Amma bu
qərar verilsə, ədalətli olar. Orxanın qanı yerdə qalmaz”.
Xatırladaq ki, ötən il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30
radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru
törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq,
mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə
əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.