96a9c678-f6f5-40c8-9f97-b4b60e767bbe..jpg

İrandan aldığı narkotiki satan şəxs saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 966 dəfə baxılıb.

İrandan aldığı narkotiki satan şəxs saxlanılıb – FOTO/VİDEO

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən
həyata keçirilən əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan Məhəmməd Salmanov saxlanılıb.

DİN-dən Cixisyolu.com-a verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 1 kiloqrama
yaxın heroin və metamfetamin aşkar edilib. Məhəmməd Salmanov heroin və
metamfetamini sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşından onlayn
yolla satmaq niyyəti ilə aldığını qeyd edib. Faktla bağlı 13-cü Polis
Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq
Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Sabunçu rayonu ərazisində
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən
əməliyyatlar davam etdirilir.


Source link