18b20cf4-2336-417b-b155-09057a0b8ef1.jpg

İrandan Azərbaycana 16 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Baxış sayı: 117 dəfə baxılıb.

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat
verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri
çərçivəsində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Göytəpə”
sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 16 kiloqram 220 qram narkotik
vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı
alınıb.

Belə ki, noyabr ayının 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində
keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:45-də
ümumi çəkisi 5 kiloqram 715 qram narkotik vasitə marixuana, noyabrın 3-də saat
07:45-də isə ümumi çəkisi 10 kiloqram 505 qram narkotik vasitə (7 kq 445 qram
tiryək, 3 kq 60 qram heroin) aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Source link