03e2eecb-2018-421a-9977-da330307abf7..jpg

İrandan Azərbaycana gələnlərin sayı AZALIB

Baxış sayı: 624 dəfə baxılıb.

İrandan Azərbaycana gələnlərin sayı AZALIB

Ötən ay Azərbaycana 136 505 nəfər gəlib.

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, bu, 2022-ci ilin müvafiq dövrü
ilə müqayisədə 42 faiz çox olub. Belə ki, ötən ilin martında ölkəyə 95 844
nəfər səfər edib. Bu ilin üç ayı ərzində isə ölkəyə gələnlərin sayı 369 072
nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (246 277
nəfər) 50 faiz çox olub.

Ötən ay gəlmə sayına görə Rusiya (43 966), Türkiyə (30 396), İran (12 123),
Gürcüstan (7476) və Hindistan (6766) ilk beşlikdə yer alıb. Keçən ilin ilk üç
ayı ilə müqayisədə bu ilin müvafiq dövründə İrandan gələnlərin sayında 6 faiz
azalma qeydə alınıb.

Gəlmə sayına görə 2022-ci illə müqayisədə ən çox artım Şimal-Şərqi Asiya
(233%), Cənubi Asiya (228%), Mərkəzi Asiya (212%) və Cənub-Şərqi Asiya (183%)
regionunun payına düşüb.

Source link