dc6082df-c268-4865-b8b3-27f7f1b0a9f8..jpg

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb – FOTO/VİDEO

Baxış sayı: 519 dəfə baxılıb.

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən axşam saat 23:36-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı
nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan
Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-dən məlumat verilib.

Qeyd olunub ki, keçirilən sərhəd axtarışı nəticəsində Araz çayının sahilində
qamışlıq ərazidə 1 (bir) ədəd rezin qayıq aşkar olunub.

Qayığa baxış zamanı ümumi çəkisi 102 kiloqram olan narkotik vasitə (89 kq 940
qr marixuana, 4 kq 660 qram heroin, 7 kq 400 qr metamfetamin) və 8010 ədəd
narkotik tərkibli güclü təsiredici “Metadon M 40” həbləri aşkar olunaraq
götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link