41b57a89-3bfb-49b2-8017-8962e7cc0b22..jpg

İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 1. 054 dəfə baxılıb.

İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb – FOTO/VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam
Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni
onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin
edən narkokuryer saxlanılıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat
verilib.

Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Ramil Əliyev sosial
şəbəkələr üzərindən İran vətəndaşından Gəncə şəhəri ərazisində gizlədilən
narkotik vasitəni 6000 manat qarşılığında Bakı şəhərinə gətirməyə razılaşıb.
Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman
əlindəki çantadan ümumi çəkisi 9 kq 507 qram narkotik maddə olan heroin və 30
ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla
bağlı araşdırmalar davam etdirilir.


Source link