46df5a83-c6d3-4f0c-8081-c7dbdb1848e8..jpg

İrandan gətirilən onlarla kiloqram narkotiki Bakıda satmaq istəyənlər ƏLƏ KEÇDİLƏR – FOTO/VİDEO

Baxış sayı: 572 dəfə baxılıb.

İrandan gətirilən onlarla kiloqram narkotiki Bakıda satmaq istəyənlər ƏLƏ
KEÇDİLƏR – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin
qarşısının alınması istiqamətində mübarizə tədbirləri qətiyyətlə davam
etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən
Bakının Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin
qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş paytaxt sakini
Zaur Hacıyev və tanışı Bəhruz Cəbiyev saxlanılıblar.

Onların üzərindən və B.Cəbiyevin idarə etdiyi avtomobildən ümumilikdə 32
kiloqram, o cümlədən 26 kiloqram heroin və 6 kiloqram psixotrop maddə
metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə
gətirilən narkotikləri Cəlilabad rayonu ərazisində gizlədilən yerdən Bakı
şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini
bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində
həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link