8a5324a3-83fe-41a4-99bd-347f3c5fcd93..jpg

İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlandı – XƏBƏRDARLIQ

Baxış sayı: 770 dəfə baxılıb.

İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlandı – XƏBƏRDARLIQ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya”
göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
(AQTA) məlumat yayıb.

Bildirilib ki, İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri – “Soda
Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras
İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və
“Seyed Reza Farahmandnia” MMC tərəfindən ölkəmizə ixrac edilən xurma, püstə,
zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib.

Müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və
“Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş
faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Source link