81a6b89c-7f6d-4112-82f9-93abf81bb1ba..jpg

İrandan “Instagram” vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə hökm oxundu

Baxış sayı: 535 dəfə baxılıb.

İrandan “Instagram” vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə
hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İsmayıl Əliyevə
hökm oxunub.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, İ.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı müəyyən edilib ki, 1995-ci il təvəllüdlü İsmayıl Əliyev
əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunub. O,
“Instagram” sosial şəbəkəsi vasitəsilə narkotik vasitələrin internet üzərindən
satışını həyata keçirən İran vətəndaşı, adını “İlyas” kimi təqdim edən şəxslə
tanış olub.

Narkotik vasitələrin istifadəçisi olduğunu bildiyi üçün İlyas ona “işləmək”
təklif edib. Həmin “İlyas” adlı şəxs onunla əlaqə saxlayıb külli miqdarda
narkotik vasitə olan heroin göndərəcəyini, həmin narkotik vasitələri götürüb
özündə saxlamasını və sonradan deyəcəyi vaxtda narkotik vasitələri nişan
verəcəyi ərazidə yerləşdirərək həmin yerin şəkillərini çəkib göndərməsini,
bunun müqabilində isə ona 500 manat pul verəcəyini bildirib.

Beləliklə, o, bu ilin yanvarında axşam saatlarında Qaradağ rayonu, Bakı-Qazax
avtomobil yolunun 28-ci kilometrliyinə gedib, orada İran İslam Respublikasının
vətəndaşı “İlyas” adlı şəxsin və qeyrilərinin göndərdiyi külli miqdarda – 13 kq
68,8 qram çəkidə narkotik vasitə olan heroini bir ədəd sintetik kisədə
gizlədildiyi yerdən götürüb qanunsuz olaraq üzərində saxlayaraq daşıyıb.

İ.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində o, elə həmin gün saxlanılıb. Onun üzərinə baxış keçirilərkən satış
məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 13 kq 68,8
qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik
vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya
satma) maddələri ilə ittiham irəli sürülüb.

Source link