62ce055f-a1ae-4773-a8cb-b488f72a429c..jpg

İrandan kartofun idxalına qoyulan qadağa bahalaşma yaradacaq? – VİDEO

Baxış sayı: 415 dəfə baxılıb.

İrandan kartofun idxalına qoyulan qadağa bahalaşma yaradacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun
idxalına müvəqqəti qadağa qoyulub.

“Xezerxeber.az” xəbər verir ki, səbəb məhsuldan götürülən nümunələrdə karantin
tətbiq edilən zərərli orqanizm – halqavari bakterial çürümə xəstəliyi və
kartofun qonur çürümə bakteriyasının aşkarlanmasıdır.

Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında
yoxlanılıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına
müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər
göndərilib.

Alıcılar isə daha çox yerli məhsullara üstünlük verdiklərini deyirlər:

Ekspertlər hesab edirlər ki, İrandan Azərbaycan bazarına gətirilən kartofun
digər xarici ölkələrlə müqayisədə bazar payı azdır. Kartof bazarındakı
qiymətlərdə isə kəskin artım gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link