9c3cc1e7-0ea2-48d1-804e-cc2ffc8dd270..jpg

İrandan külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı – FOTO

Baxış sayı: 3. 364 dəfə baxılıb.

İrandan külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı –
FOTO

Dekabr ayının 25-də saat 23:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Araz Zərgər kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı
nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan
Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2
ədəd bağlamada, ümumi çəkisi 9 kiloqram 640 qram narkotik vasitəyə bənzər
maddələr (7 kq 620 qram “marixuana” və 2 kq 020 qram “tiryək”) aşkar olunaraq
götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Source link