d974a21a-4016-4118-9159-1bfaf0214268..jpg

İrandan narkotik gətirən qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıblar – FOTO

Baxış sayı: 786 dəfə baxılıb.

İrandan narkotik gətirən qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıblar
– FOTO

Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi,
saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti
ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik
vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına
keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları hər iki
halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıblar.
“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Sərhəd
pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa
müvəffəq olublar.

Hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində
ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kq 158 qr heroin, 142 kq
131 qr marixuana, 4 kq 792 qr metamfetamin, 3 kq 025 qr tiryək və 81228 ədəd
“metadon M-40” həbləri) aşkar olunaraq götürülüb.

Baş vermiş silahlı insidentlərlə əlaqədar İran İslam Respublikasının sərhəd
mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilib və məlumat mübadiləsi
aparılıb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Source link