55a7e49f-3744-47d6-a0d4-5f43f821a7f2..jpg

İrandan səfirliyimizdə terakt törədən şəxsi məsuliyyətdən yayındırmaq üçün YENİ HİYLƏ

Baxış sayı: 971 dəfə baxılıb.

İrandan səfirliyimizdə terakt törədən şəxsi məsuliyyətdən yayındırmaq üçün
YENİ HİYLƏ

Yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı
törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib.

İran mediası xəbər verir ki, cinayət işinin istintaqını həyata keçirən Tehran
Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil
olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir.

Həmçinin məlum olub ki, Azərbaycan Respublikasının səfirliyində terror aktı
törədən cinayətkar azı bir ay müddətinə Tehranda yerləşən psixiatriya
xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.

Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi
altına götürdüyünü bir daha sübut edir.

Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət
əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi.

Mənbə: Khabarban.com

Source link