15939e6f-7c84-4ef5-ba82-d612eb9b6b8a..jpg

İrandan Şəmkirə narkotik gətirən narkokuryer saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 684 dəfə baxılıb.

İrandan Şəmkirə narkotik gətirən narkokuryer saxlanılıb – FOTO/VİDEO

İrandan Şəmkirə narkotik gətirən narkokuryer saxlanılıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat
verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir
rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək
ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Balakən rayon sakini Samir Əlibəyov Şəmkir
rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 4 000 manat pul
və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına
aparmağa razılaşıb.

Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki qara rəngli
çantadan 5 kq 50 qram heroin, 90 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Source link