İrandan xəbərdarlıq: Fələstin-İsrail münaqişəsi genişlənə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail Qəzza zolağına zərbələrini davam etdirsə, Fələstin-İsrail münaqişəsinin
miqyası genişlənə bilər.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Dohada Qətər əmiri
Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə deyib.
O, həmçinin israili dayandırmaq üçün İslam ölkələrinin kollektiv səfərbər
edilməsini istəyib.
Abdullahian qeyd edib ki, “digər ölkələrə təmkin nümayiş etdirməyi tövsiyə
edən ABŞ” İsrailə dəstəyini artırıb. Nazir əlavə edib ki, deeskalasiyada
maraqlı olan tərəflər İsrailin Qəzza zolağına zərbələrini dayandırmalıdır.
Mənbə: TASS