İranın ali dini lideri: ABŞ tövbə edərsə…

Baxış sayı: 2. 023 dəfə baxılıb.

İranın ali dini lideri: ABŞ tövbə edərsə...

İranın ali dini lideri Əli Xameneyi ölkəsi ilə ABŞ arasındakı gərginlikdən danışıb.

Xameneyi bildirib ki, ölkə prezidentindən Xarici İşlər nazirinə kimi bütün rəsmilərin qərarına əsasən, iki ölkə arasında nə ikitərəfli, nə də geniştərkibli danışıqlar aparılacaq.

Ali dini lider vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp İranla mübarizənin yeganə yolunu ölkəyə maksimum dərəcədə təzyiq göstərməkdə görür:

“Əgər ölkə rəsmiləri müzakirə üçün masa ətrafında əyləşərlərsə, rəsmi Vaşinqton bunu boyun əymək kimi qəbul edəcək”.

Əli Xameneyi qeyd edib ki, əgər ABŞ öz sözünü geri götürsə, danışıqlar üçün digər ölkələrin nümayəndələri ilə birlikdə danışıqlara başlaya bilərik. Əks təqdirdə, Nyu-Yorkda və ya başqa yerlərdə İran hakimiyyəti ilə ABŞ rəsmiləri arasında heç bir danışıq aparılmayacaq”.