İranın ali dini lideri İsraili ivrit dilində hədələdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın ali dini lideri Əli Xamenei “X” sosial şəbəkəsində ivrit dilində yazı
dərc edib və burada İranın Suriyadakı konsulluğuna hücumdan sonra İsraili
hədələyib.
“Allahın köməyi ilə biz sionistləri İranın Dəməşq konsulluğuna qarşı
törətdikləri cinayətə görə tövbə etməyə məcbur edəcəyik”, – mesajda deyilir.
Qeyd edək ki, ABŞ İran konsulluğuna hücumdan sonra öz qüvvələrinə mümkün
hücumlardan narahatlığını bildirib. Çərşənbə axşamı Xamenei deyib ki, İran
konsulluğa hücuma görə İsraili peşman edəcək.
Bazar ertəsi axşam Suriya Müdafiə Nazirliyi İsrailin İranın Dəməşqdəki Baş
Konsulluğunun binasına hava zərbəsi endirdiyini bildirib. Konsulluq binasında
İranın Suriyadakı səfirinin iqamətgahı da olub və o, xəsarət almayıb. Raket
hücumu nəticəsində konsulluğun binası tamamilə dağılıb. İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) isə bir neçə generalı və zabiti ölüb.
Mənbə: Gazeta.ru