09d89b83-ef57-47f9-a109-24c147fc9271.jpg

İranın ali rəhbərini tənqid edən din xadimi ayətullah Yəzdi həbs olundu

Baxış sayı: 302 dəfə baxılıb.

İranda tanınmış din xadimi Cavad Mühəqqiq Yəzdi ölkənin ali rəhbəri Əli
Xameneini və hökumətin siyasətini tənqid etdiyi üçün saxlanılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı İran mediasına istinadla xəbər verib.

Məlumata görə, bir müddət öncə din xadimi İranın ali rəhbəri ilə bağlı belə
bir açıqlama vermişdi:

“Əgər Əli Xamenei öz oğullarını Livan və Qəzzaya göndərsə, mən də getməyə
hazıram. Xalqın övladlarını ölümə göndərirsiniz, öz övladlarınız üçün isə
mühafizəçi tutursunuz”.

Xatırladaq ki, İranda son illərdə tənqidçi din xadimləri həbs qərarları ilə
üzləşirlər.

Source link