eaf8c905-9746-4b26-aae8-983657a27556.jpg

İranın ali rəhbərinin “X”dəki ivrit dilində olan hesabı blokdan çıxarılıb

Baxış sayı: 147 dəfə baxılıb.

“X” sosial şəbəkəsinin rəhbərliyi İranın Ali Rəhbəri Əli Xameneinin ivrit
dilindəki hesabının blokunun açıldığını bildirib.

Cixisyolu.com bu barədə TASS-a istinadən xəbər verir.

Hesabın fəaliyyəti platformanın qaydalarının ehtimal olunan pozulmasına görə
oktyabrın 27-də dayandırılıb və təxminən bir gün bağlı qalıb. Bu zaman
Xameneinin digər dillərdəki hesabları əlçatan olaraq qalıb.

Blok İranın ruhani liderinin “İsrailin İrana qarşı buraxdığı səhv”dən bəhs
edən paylaşımından sonra tətbiq edilib. Paylaşımda – “Biz ona İran xalqının
hansı güc, qabiliyyət, təşəbbüs və iradəyə malik olduğunu başa salacağıq”, –
deyilirdi.

Oktyabrın 26-da İsrail hərbçiləri çoxsaylı fasiləsiz hücuma cavab olaraq İran
ərazisindəki hərbi obyektlərə zərbələr endirdiklərini bildirmişdilər. İran hava
hücumundan müdafiə qüvvələrinin bəyanatına görə, İlam, Tehran və Xuzistan
əyalətlərindəki hərbi obyektlər hücuma məruz qalıb, lakin ziyan məhdud xarakter
daşıyıb.

Source link