İranın “atom ideyası”nın ümumi nəticələri – ŞƏRH

İranın “atom ideyası”nın ümumi nəticələri – ŞƏRH

Baxış sayı: 2. 154 dəfə baxılıb.

Xameneyi “Hərtərəfli Birgə Fəaliyyət Planı”ndan imtina etmək istəyənlərin dəyirmanına su tökür. 

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun ekspert-analitiki, “Dünya siyasətinə baxış” media-layihəsinin direktoru Kamran Həsənov deyib. 

“Xameneyinin uranın zənginləşdirilməsi ilə bağlı əmri Netanyahunun Avropa turu vaxtına təsadüf edir. 

Əgər əvvəllər avropalılar Netanyahuya inanmırdılarsa, indi İsrail baş nazirinin dialoqdansa, Avropa Birliyinə qarşı iqtisadi təzyiqləri üstün tutan Tramp kimi əlində kifayət qədər sübut var: “Baxın, iranlılar “Hərtərəfli Birgə Fəaliyyət Planı”nı pozular və nüvə silahı hazırlayırlar”, – ekspert deyib. 

Onun sözlərinə görə, bu addımlar təkcə ABŞ tərəfindən yeni sanksiyalara deyil, həmçinin İsrail tərəfinin yeni hərbi fəaliyyətlərinə və Avropa Birliyinin mövqeyinin dəyişməsinə gətirib çıxaracaq. 

“Merkel, Makron və Mey – onlar hamısı İran dəstəkli qüvvələrin Suriyadan çıxardılmasını istəyir. İsrail tərəfinin növbəti təxribatı Brüssel tərəfindən müzakirə edilməyəcək. 

Digər tərəfdən və ən əsası avropalılar “Hərtərəfli Birgə Fəaliyyət Planı”nın şərtlərinə yenidən baxa bilər. 

Tramp alüminium və polada gömrük tarifləri tətbiq etməklə Avropa Birliyini kompromisə məcbur, İrandakı Avropa transmilli şirkətlərini isə şantaj edir. Dünən Amerika cərimələrinin qorxusundan “Total” şirkətinin ardından “Peugeot” avtomobil şirkəti də İrandakı fəaliyyətini dayandırdı. 

Xameneyinin məyusluğunu başa düşmək olar, çünki İran avropalıların qərarsızlığına görə “Hərtərəfli Birgə Fəaliyyət Planı”nın səmərəliyindən tam istifadə edə bilməz. Fikrincə, Avropaya əlavə təzyiqlər İranın ata biləcəyi ən pis addımdır”, – analitik bildirib. 

Həsənov əlavə edib ki, Avropa Birliyinin nüvə sazişindən çıxmasına görə ABŞ-dan kompensasiya istəməsi “maliyyə reketliyi”ndən başqa bir şey deyil. 

“Bundan başqa, İran Avropa neft şirkətlərini Çin üçün qaz imtiyarlarının mümkün satışı ilə bağlı şantaj edir. 2012-ci ildən tətbiq edilən sanksiyalar onu göstərir ki, təkcə Çinlə İran uzağa gedə bilməyəcək. Bu inkişaf deyil, sağ qalmaqdır. 

Xatırlayıram ki, 2010-cu ildən 2015-ci ilə qədər İranın ümumi daxili məhsulu 6,6 faizdən 1,5-ə düşüb. Buna görə hazırda İranın ən praqmatik gedişi ABŞ və AB arasında bəzi səbəblərə görə əmələ gəlmiş transatlantik parçalanmanın dərinləşməsinə səbəb ola bilər”, – ekspert deyib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com