fcde2fc7-9e0c-406e-b32f-ec1f07edf658..jpg

İranın Azərbaycandakı səfiri Qafanda konsulluq açılmasına münasibət bildirdi – VİDEO

Baxış sayı: 2. 785 dəfə baxılıb.

İranın Azərbaycandakı səfiri Qafanda konsulluq açılmasına münasibət bildirdi –
VİDEO

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Baku
TV-nin qonağı olub.

Cixisyolu.com xəbər verir ki, o, “Üzbəüz” verilişində Azərbaycan-İran
münasibətlərindən danışıb.

Səfir bildirib ki, ölkələr arasında gərginliyin aradan qaldırılmasında hər iki
dövlət başçısının böyük rolu olub. Diplomat iki ölkə arasında ticarət
mübadiləsi həcminin 1 milyard dollardan artıq olmasının planlaşdırıldığını
bildirib:

“Həmçinin 8 illik müharibə dönəmində bizim minalardan təmizlik sahəsində çox
böyük təcrübəmiz var. Biz Azərbaycan ərazisinin də minalardan təmizlənməsi
prosesində əməkdaşlıqda maraqlıyıq. İki ölkə arasında gediş-gəlişin
asanlaşdırılması da müzakirə olunub. İran Bakıya uçuşlar həyata keçirəcək”.

Səfir Zəngəzur dəhlizinin açılmasına münasibət bildirib:

“Biz regionda nəqliyyat marşrutları və kommunikasiya xətlərinin yenidən
açılmasının tərəfdarıyıq. Azərbaycan ilk dəfə “3+3” formatı ilə çıxış etdi və
İran da bu format dəstəkləyir”.

Həmçinin İranın Ermənistanın Qafan şəhərində konsulluq açmasının səbəbi izah
edilməyə çalışılıb.


Source link