İranın Baş Qərargah rəisi: “Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi
göndərməyə hazırıq”
“İran Ermənistan-Azərbaycan şərti sərhədinə (Ermənistan tərəfindən) öz
müşahidəçilərini göndərməyə hazırdır”.
Bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd
Baqeri bəyan edib.
O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən sonra
bu barədə bildirib.
“Cənubi Qafqaz regionunda gərginliyin saxlanması təkcə Ermənistan və
Azərbaycanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğun deyil. Bu
baxımdan, İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə
hazırdır”, – deyə o vurğulayıb.
Mənbə: Tasnim