İranın Dəməşqdəki konsulluq binasının dağıdılması nəticəsində ölənlərin sayı
artdı – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi hava zərbəsi nəticəsində
ölənlərin sayı 13-ə çatıb.
Bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri xəbər verib.
Onun sözlərinə görə, ölənlər arasında İranın yeddi hərbi müşaviri, o cümlədən
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki yüksəkrütbəli generalı və
altı suriyalı var.
01:55
İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun
yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub.
Məlumata görə, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) zabitləri, üçü Suriya, biri isə Livan vətəndaşıdır.
Qeyd edək ki, İran diplomatik missiyası kompleksinin yaxınlığında Suriya
ordusuna yardım göstərən iranlı hərbçilərin yaşadığı evlər var.
Mənbə: TASS
01.04.2024, 22:24
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Hadi Hacı
Rəhimi İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi
zərbə nəticəsində həlak olanlar arasındadır.
Ümumilikdə, zərbə nəticəsində azı beş nəfər həlak olub.
Məlumata görə, Rəhimi bu hücumda öldürülən SEPAH-ın briqada generalı Məhəmməd
Rza Zahidinin müavini vəzifəsində çalışıb.
Mənbə: TASS
01.04.2024, 19:52
İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə
dağılıb.
İran səfiri Hüseyn Əkbərinin və ailəsinin zərbə nəticəsində xəsarət almadığı
bildirilib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtının qərbində,
SEPAH-dan (İran İnqilab Keçişçiləri Korpusu – red.) olan iranlı hərbi
məsləhətçilərin yaşadığı Mezze məhəlləsinə raket zərbələri endirib.
Zərbələr nəticəsində SEPAH Hərbi Hava Qüvvələrinin sabiq komandanı, general
Məhəmməd Rza Zahedi öldürülüb.
Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.
Mənbə: TASS, Reuters