789352c0-a25f-43fd-83fe-2aa4112824bc..jpg

İranın idman nazirinin beyninə qan sızıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 821 dəfə baxılıb.

İranın idman nazirinin beyninə qan sızıb – YENİLƏNİB + FOTO/VİDEO

Cümə axşamı İranın cənubunda helikopter qəzası nəticəsində yaralanan ölkənin
idman naziri Seyid Həmid Səccadi Hazave beyinə qan sızması diaqnozu ilə
Kirmandakı xəstəxanaya aparılıb.

Bu barədə İRNA agentliyinə Kirmanın fövqəladə hallar xidmətinin rəhbəri
məlumat verib.

17:51

İranda helikopterin qəzaya uğraması nəticəsində ölkənin idman nazirinin
müşaviri həlak olub, 12 nəfər yaralanıb.

Bu barədə farsnews xəbər verib.

17:36

İranın idman naziri Seyid Həmid Səccadi Hazavenin olduğu helikopter qəzaya
uğrayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, qəza ölkənin cənubundakı Baft şəhərində helikopter eniş edərkən
baş verib.

Məlumata görə, Seyid Həmid Səccadi Hazavenin vəziyyəti stabildir. O və digər
sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya aparılıblar.

Source link