b420c692-f7f3-4836-a593-f1b5c8ec46a7..jpg

İranın keçmiş prezidenti hökuməti tənqid etdi – FOTO

Baxış sayı: 709 dəfə baxılıb.

İranın keçmiş prezidenti hökuməti tənqid etdi – FOTO

İranın sabiq Prezidenti Həsən Ruhani keçmiş hökumət rəsmiləri ilə vaxtaşırı
keçirilən toplantıda iştirakı zamanı hazırkı hökumətə və parlamentə qarşı
tənqidi fikirlər səsləndirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Həsən Ruhani hökumət rəsmilərini tənqid edən universitet professorlarının
kütləvi şəkildə işdən çıxarılmasına münasibət bildirib.

“Ümid edirəm ki, bu gün universitet professorları və tələbələri barədə
eşitdiklərimiz hakimiyyətin qayğısına qalanların tədbirləri ilə öz həllini
tapacaq”, – deyə o qeyd edib.

“Universitetləri görkəmli professorlardan məhrum etmək elmə və ölkəyə zülmdür,
akademiklərin ümidsizliyi isə ölkənin və hakimiyyətin xeyrinə deyil”, – deyə
Həsən Ruhani əlavə edib.

Source link