3ec80a7c-7eed-40ca-a100-1eed51ca12be..jpg

İranın keçmiş prezidentinin qızı: “Atama qarşı sui-qəsd ehtimalı ilə bağlı xəbərdarlıqlar almışam” – FOTO

Baxış sayı: 860 dəfə baxılıb.

İranın keçmiş prezidentinin qızı: “Atama qarşı sui-qəsd ehtimalı ilə bağlı
xəbərdarlıqlar almışam” – FOTO

“Haşimi Rəfsəncani bu gün olsaydı, kəkələmədən faktları İranın ali rəhbərinə
söyləyərdi”.

“Azad İran” “Telegram” kanalında verilən məlumata görə, bu sözləri İranın
keçmiş prezidentinin qızı Fatimə Haşimi deyib.

O, atasının ölümündən 2 ay əvvəl ona qarşı sui-qəsd ehtimalı ilə bağlı
xəbərdarlıqlar aldığını bildirib:

“Şübhəli məqamlar olmasına baxmayaraq, atamın ölüm işini bağlayıblar. Xalqa
məhəl qoymayan hakimiyyət öz ziyanına işləyir. Müəyyən siyasi qrupun ələ
keçirdiyi hökumət belə ölkənin problemlərini həll etməyib”.

Source link