449343fb-0cf3-46a5-904f-87ac1f8b32b0.jpg

İranın nüvə bombasından güclü silahı nədir?

Baxış sayı: 39 dəfə baxılıb.

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Cixisyolu.com xəbər verir ki, budəfəki buraxılışda nüvə silahından daha güclü olan
silahlardan bəhs olunub.

Qeyd olunub ki, açıq mənbələrdə uran-plutonium əsaslı nüvə silahından daha
güclü silahların mövcudluğu inkar edilmir.

Hərçənd ki, onların özlərinin də nüvə silahı sayılıb-sayılmadığı birmənalı
deyil.

Bu baxımdan diqqətçəkən ilk silah hidrogen bombalarıdır. Başqa deyimlə
termonüvə silahı kimi də tanınan hidrogen bombaları uran-plutonium əsaslı nüvə
silahları ilə eyni dağıdıcı amillərə malik olmaqla onlardan daha böyük
potensial partlayış gücünə sahibdir.

Hidrogen bombasının dağıdıcı gücü yüngül elementlərin daha ağır elementlərə
nüvə sintezi reaksiyasından ayrılan enerjidən istifadə edilməsinə əsaslanır.

Standart nüvə silahından daha güclü silah kimi 1956-1961-ci illərdə keçmiş
Sovetlər Birliyində hazırlanan “Çar bomba” adlandırılan “AN602” aviasiya
bombası da olduqca məşhurdur.

Adıçəkilən bomba indiyədək bəşər tarixində istehsal olunan ən güclü partlayıcı
qurğudur və sınaqdan keçirilən ən güclü termobarik qurğu kimi “Ginnesin
rekordlar kitabı”na daxil edilib.

ABŞ Silahlı Qüvvələrinin arsenalında olan “Massive Ordnance Air Blast” (MOAB)
bombası da öz növbəsində bütün bombaların “anası” adlanır. 2003-cü ildə ilk
dəfə sınaqdan keçirilən bu bomba yarandığı dövrdə Amerika arsenalında ən güclü
qeyri-nüvə silahı hesab olunub.

Adi nüvə silahından daha güclü silahlar sırasına həmçinin “Cobalt” bombaları
da aid edilir.

Bu bombalar nisbətən zəif nüvə partlayışı ilə belə ərazinin güclü radioaktiv
çirklənməsinə səbəb olan nüvə silahının nəzəri modifikasiyasıdır. “Cobalt”
bombasının əsas məhvedici amili qurbanlarının xarici və daxili şüalanması və
onun radiasiya xəstəliyindən sonrakı ölümüdür.

1950-ci ildə Amerikalı fizik Leo Szilard tərəfindən irəli sürülən “Cobalt”
bombası ideyası bütün dünyanı dağıda bilmə potensialına görə “Qiyamət günü”
maşını kimi də tarixə düşüb. Bu silahın əsas özəlliyi onun daşınmasına ehtiyac
qalmamasıdır. Yəni bu bombaya sahib ölkə onu sadəcə öz ərazisində partlatmaqla
bütün dünyanı məhv edə bilər. Rəsmi olaraq “Cobalt” bombası hələlik istehsal
edilməmiş silah sayılır.

Ətraflı süjetdə:

İranın nüvə bombasından güclü silahı nədir?
İranın nüvə bombasından güclü silahı nədir?

Source link