04ad7664-2c24-4bf4-ad47-a3d1fc47c30f..jpg

İranın ölkəmizdəki sabiq səfirinin keçmiş arvadı Bakıda qohumunun 50 min manatını mənimsəyib

Baxış sayı: 889 dəfə baxılıb.

İranın ölkəmizdəki sabiq səfirinin keçmiş arvadı Bakıda qohumunun 50 min
manatını mənimsəyib

Yazıçı Şəmsiyyə Bəylərqızı (Rzayeva) barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, qohumu Sadiq Hüseynova qarşı 50
000 manatlıq dələduzluqda ittiham olunur.

Belə ki, S.Hüseynovun müraciəti əsasında Xətai Rayon Polis İdarəsində
araşdırma aparılıb. Araşdırmalardan sonra Ş.Bəylərqızı barəsində Cinayət
Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluq) ilə cinayət işi başlanıb.

İttihama görə, o, qohumu Sadiq Hüseynovu nüfuzlu dövlət qurumunda tikintilərə
nəzarət komissiyasının üzvü vəzifəsinə işə düzəltdirəcəyinə vəd verib. Vədin
qarşılığında ondan 35 000 manat pul alıb. Hadisə ötən ilin mayında baş verib. 1
ay sonra isə lombarddan aşağı faizlə borc götürüb vermək imkanına malik
olduğunu deyərək S.Hüseynovun daha 15 000 manat dəyərindəki qızıl-zinət
əşyalarını ələ keçirib.

Xətai RPİ-də aparılan istintaq tamamlanaraq baxılması üçün məhkəməyə
göndərilib. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü olan Şəmsiyyə
Bəylərqızı vaxtilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin həyat
yoldaşı olub. Bir müddət sonra səfir arvadını onun 741 min dollarını
mənimsəməkdə günahlandırıb. Ş.Bəylərqızı bu ittihamla 10 il müddətə azadlıqdan
məhrum edilib. 2019-cu ildə əfv olunaraq azadlığa çıxıb.

Source link