ef27adb1-1e79-4335-87e9-72075e03bd08..jpg

İranın Pakistana zərbəsi nəticəsində iki uşaq ölüb – YENİLƏNİB

Baxış sayı: 691 dəfə baxılıb.

İranın Pakistana zərbəsi nəticəsində iki uşaq ölüb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Pakistan ərazisinə endirdiyi zərbə nəticəsində iki uşağın öldüyünü
açıqlanıb.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum İranın endirdiyi zərbəni “ölkənin hava məkanının pozulması” adlandırıb
və bunun nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.

İnsidentlə bağlı İran tərəfinə etiraz notası təqdim edilib.

22:24

İran silahlı qüvvələri “Ceyş əz-Zolm” terror qruplaşmasının Pakistanda
yerləşən iki qərargahına hücum edib.

Məlumata görə, zərbələri endirmək üçün dron və raketlərdən istifadə edilib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, yanvarın 10-na keçən gecə “Ceyş əl-Zolm” terrorçuları İranın
cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində nəzarət-buraxılış məntəqəsinə
hücum ediblər və nəticədə bir polis əməkdaşı həlak olub. Qrup əvvəllər də
İran-Pakistan sərhədində törədilən terror aktlarına, eləcə də İran sərhəd
xidmətinin əməkdaşlarına hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Mənbə: TASS

Source link