İranın səfiri BMT-nin Azərbaycandakı əlaqələndiricisi ilə Cənubi Qafqazdakı
daimi sülhü müzakirə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi BMT-nin Azərbaycandakı
əlaqələndiricisi ilə “Cənubi Qafqazdakı daimi sülh perspektivini” müzakirə edib.
Bu barədə IRNA-nın Azərbaycan bürosu “Telegram”da bildirib.
“İran İslam Respublikasının səfiri BMT-nin Azərbaycan Respublikasındakı
əlaqələndiricisi ilə görüşüb və müzakirə edib”, – IRNA yazıb.
Qeyd olunub ki, görüşdə İsrailin Qəzzadakı hərəkətləri ilə yanaşı, “Cənubi
Qafqazda davamlı sülh perspektivi, Xəzər dənizi hövzəsində ekoloji məsələlər və
iqlim dəyişikliyi müzakirə edilib və fikir mübadiləsi aparılıb”.