İranın Sistan və Bəlucistan əyalətində daha bir polis öldürüldü – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünən gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Rask şəhərində
polis bölməsinə silahlı hücum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Verilən məlumata görə, baş verən silahlı toqquşma nəticəsində Əmirhüseyn
Hüseynabadi adlı FƏRACA (İranın Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polis
heyətinin əməkdaşı öldürülüb.
Qeyd olunur ki, şəhərdə gecə boyu eşidilən atışma səsləri üç saat davam edib.
Xatırladaq ki, ötən ilin dekabrın 15-də bir qrup silahlı şəxs İranın
cənub-şərqində yerləşən yerləşən Rask şəhərində polis idarəsinə hücum edib.
Nəticədə 12 polis əməkdaşı öldürülüb.