ABŞ-ın kəşfiyyat xidməti İrandan Suriyaya şübhəli yük daşımalarını araşdırır.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda CNN telekanalına ABŞ administrasiyasından olan mənbələr məlumat çatdırıb.
Məlumata görə, Vaşinqton Tehranın hərbi yük təyyarələri ilə Suriya ordusu üçün hərbi texnika göndərdiyindən şübhələnir.
Uçuşları İsrail hökuməti də yaxından izləyir. Göndərilən hərbi sistemlərdən İsrail dövlətinə qarşı istifadə olunacağı ehtimalı istisna edilmir.
Vaşinqtondan olan mənbələrin təbirincə, yükdaşımaların ABŞ, Fransa və Britaniyanın Suriyaya endirdiyi hava zərbələrindən sonra intensivləşməsi diqqəti cəlb edir.