25afc4b7-5ef1-4532-9bd6-97161442109f..jpg

İranın təhsil işçiləri: “Məktəblərə kimyəvi hücumlara küçələrdə cavab verəcəyik” – FOTO

Baxış sayı: 794 dəfə baxılıb.

İranın təhsil işçiləri: “Məktəblərə kimyəvi hücumlara küçələrdə cavab
verəcəyik” – FOTO

“Məktəblərə kimyəvi hücumlar davam edərsə,
qarşıdakı həftələrdə bu çürük beyinlərin stereotiplərinə və yanlış addımlarına
bütün ölkə üzrə müəllimlərlə birlikdə küçələrdə cavab veriləcək”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Təhsil
İşçiləri Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurasının
bəyanatında bildirilir.

Şura müəllim və şagirdlərlə bağlı valideynlərin təşəbbüsü ilə ən qısa zamanda
müstəqil məktəb mühafizə komitələrinin yaradılmasına çağırış edib.

Həmçinin təklif edilib ki, kimyəvi hücumlar davam edərsə, bu komitələrin
dəstəyi ilə dərslər küçədə keçirilsin.

Source link