080ee99a-66e4-426a-a1e2-df2d71d71b06..jpg

İranın xarici işlər naziri Vaşinqtona niyə getmək istəyib? – VİDEO

Baxış sayı: 659 dəfə baxılıb.

İranın xarici işlər naziri Vaşinqtona niyə getmək istəyib? – VİDEO

İran mediasının ötən həftə ölkə prezidenti İbrahim Rəisinin BMT Baş Məclisinin
78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri və onu bu səfərdə
müşayiət edən xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın ABŞ-də keçirdiyi
görüşlər ətrafında geniş təbliğat kampaniyası apardığı məqamda ortaya çıxan bir
xəbər diqqət çəkib.

Məlum olub ki, Hüseyn Əmir-Abdullahian Nyu-Yorkdakı görüşlərini başa vurduqdan
sonra həftə sonu ABŞ-nin paytaxtına səfər etmək istəyib, lakin onun bununla
bağlı müraciəti rəsmi Vaşinqton tərəfindən rədd edilib.

Tezliklə bu xəbər öz təsdiqini tapıb. Belə ki, sentyabrın 25-də Dövlət
Departamentinin sözçüsü Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə belə
bir müraciətin olduğunu təsdiqləyərək deyib:

“Bizim İran rəsmilərinin və digər xarici dövlət nümayəndələrinin BMT işləri
üçün Nyu-Yorka getməsinə icazə vermək öhdəliyimiz var, lakin onların Vaşinqtona
getməsinə icazə vermək öhdəliyimiz yoxdur”.

İran XİN rəhbərinin Vaşinqtona getməklə bağlı müraciətinə mənfi cavab
verilməsinin səbəbini isə ABŞ rəsmisi belə izah edib:

“İranın ABŞ vətəndaşlarını qanunsuz olaraq həbs etdiyini və dövlət
səviyyəsində terrorizmə dəstək verdiyini nəzərə alaraq, biz indiki halda bu
istəyin təmin edilməsini məqsədəuyğun, yaxud zəruri hesab etməmişik”.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim
edirik:


Source link