İranın Xuzistan əyalətində 35 kəndin sakinləri yolsuz qalıblar – FOTO
İranın Xuzistan əyalətində 35 kəndin şagirdlərinin və müəllimlərinin məktəbə
getmək üçün, həmçinin digər peşə sahiblərinin də işə getməsi üçün istifadə
etdkləri yol Ənafçə çayından keçir.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Sakinlərin sözlərinə görə, yeddi aydır ki, çaydan qayıq vasitəsilə keçirlər.
Onlar iddia edirlər ki, hazırda bu qayıq da yarasız vəziyyətdədir və hər an
batmaq təhlükəsi var.
Qeyd olunur ki, qarşıdan yağıntılı günlər gəlir və əyalət sakinlərinin
vəziyyəti daha da acınacaqlı olacaq.