İranla Azərbaycan arasında dəmir yolu ilə ticarət mübadiləsi 33% artıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın “Şimal-2” Dəmir Yolları İdarəsinin rəisi Qulamhüseyn Vələdi Azərbaycan
Respublikası ilə ixrac, idxal və tranzit istiqamətləri üzrə dəmir yolu
vasitəsilə mal mübadiləsinin 33% artdığını açıqlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Vələdi qeyd edib ki, bu mübadilələr Astara dəmir yolu terminalı vasitəsilə
həyata keçirilir.
“Bu ilin 9 ayı ərzində Astara dəmir yolu ilə aparılan mübadilələrin ümumi
həcmi 498 min 926 ton olub ki, bu da ötən ilin müvafiq dövründə qeydə alınan
374 min 454 ton ilə müqayisədə 33% artıb”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən dekabrın ortalarına kimi Astara dəmir
yolu terminalı vasitəsilə Azərbaycana 136 min 324 ton yük ixrac edilib ki, bu
da ötən il 126 min 985 ton ixrac həcmi ilə müqayisədə yeddi faiz artım deməkdir.
“Son 9 ay ərzində Astara dəmir yolu terminalı vasitəsilə İrana 152 min 268 ton
mal idxal edilib ki, bu da keçən illə müqayisədə 63 faiz artım olduğunu
göstərir”, – deyə Vələdi bildirib.