İranla MAQATE nüvə enerjisi sahəsində dörd layihə barədə razılıq əldə ediblər.
ÇıxışYolu.Com xəbər verir ki, İRNA agentliyi bu haqda İranın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Kazım Qərib Abadiyə istinadən məlumat verir.
Abadi qeyd edib ki, layihələr nüvə reaktorlarının təhlükəsizliyi, təhqiqatı sahəsində irəliləyişlər, insan resursları sahəsində əməkdaşlıq və nüvə tullantılarının daşınması sahəsini əhatə edəcək.
Nümayəndəlik əlavə edib ki, MAQATE ilə 2 energetika stansiyalarının layihəsi və onkoloji xəstəliklərin qarşının alınması sahəsində əməkdaşlıq haqda da danışıqlar aparılır.