b50e38d9-a364-4bb5-9adb-e598a5a8fafa..jpg

İranla sərhəddə əməliyyat: Üç nəfər saxlanıldı – FOTO

Baxış sayı: 909 dəfə baxılıb.

İranla sərhəddə əməliyyat: Üç nəfər saxlanıldı – FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, aprel ayının 1-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri birgə tədbirlər nəticəsində
Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik
vasitənin və 1 500 ədəd “Metadon M-40” psixotrop tərkibli həblərin
qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına
keçirilməsinin qarşısı alınıb.

Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üç nəfər Yardımlı
rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Source link