İranla sərhəddə qaçaqmalçılara qarşı yeni avadanlıq quraşdırılacaq

İranla sərhəddə qaçaqmalçılara qarşı yeni avadanlıq quraşdırılacaq

Baxış sayı: 3. 026 dəfə baxılıb.

İranla sərhəddə qaçaqmalçılara qarşı yeni avadanlıq quraşdırılacaq

Dövlət Gömrük Komitəsi (DGK) “B-scan” adlı yoxlama aparatı almağı planlaşdırır.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması Baş İdarəsinin Gömrük əməliyyatlarının tənzimlənməsi idarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

A.Məmmədov bildirib ki, bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında gizlədilən narkotik vasitələr və qanunsuz predmetlər gömrük ərazisində qısa zamanda aşkarlanacaq:

“Avadanlıqların əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində yerləşdirilməsi nəzərdə tutulub”.

A.Məmmədov qeyd edib ki, yeni yoxlama avadanlıqları bu ilin sonunadək gətiriləcək.

www.ÇıxışYolu.Com