e5ff64bb-d34b-463b-a0eb-bdee2670223f..jpg

İranlı ayətullah: “Qadınlar hicaba riayət etməyə bilərlər” – VİDEO

Baxış sayı: 787 dəfə baxılıb.

İranlı ayətullah: “Qadınlar hicaba riayət etməyə bilərlər” – VİDEO

İranda məcburi hicabla bağlı müzakirə və mübahisələrin yenidən qızışdığı bir
vaxtda böyük ayətullahlardan sayılan müctəhid Nasir Məkarim Şirazi bu mövzuda
geniş diqqət çəkən bir fətva verib.

“Azad İran” “YouTube” kanalı mövzu ilə bağlı videosüjet hazırlayıb.

Nasir Məkarim Şirazinin martın 28-də açıqlanan fətvasında bildirilir ki,
qadınlar müəyyən hallarda hicaba riayət etməyə bilərlər.

“Əgər müsəlman və dindar qızlar ali təhsil almasalar, hədd-hüdud bilməyən və
dinsiz şəxslər mühüm postları ələ keçirərlər. Buna görə dindar şəxslərə icazə
verilir ki, zəruri olan hallarda hicaba riayət etməsinlər, amma digər hallarda
hökmən riayət etsinlər”, – deyə o qeyd edib.

Bu fətvanın izahında bildirilir ki, hər bir hökmün zəruri məqamlarda
istisnaları ola bilər. Məsələn, bir qadın lazımi təhsili almadığı halda onun
özü və ya müsəlman cəmiyyəti problemlə üzləşərsə, ona bir zərurət kimi hicabı
tərk etmək icazəsi verilir. Amma zəruri olan həddə, yəni onun hicabı tərk
etməsinə qəti lüzum varsa, o, dərs aldığı məkana qədər hicablı getməli, orada
hicabını açmalı, geri qayıdarkən yenidən hicabı qorumalıdır.

Şiə aləminin nüfuzlu ruhanilərindən sayılan Məkarim Şirazinin bu fətvası
əslində məcburi hicab mövzusunda İranda yaranmış mürəkkəb şəraitdə kompromis
axtarışının təzahürü kimi dəyərləndirilə bilər.

Daha ətraflı videosüjetdə:


Source link