İranlı general ehtiyatsızlıqdan özünü güllələdi

Baxış sayı: 4. 324 dəfə baxılıb.

İranlı general ehtiyatsızlıqdan özünü güllələdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Samin ül Əimmə” qərargahının komandiri, general Qüdrətullah Mənsuri şəxsi tapançasından açılan atəş nəticəsində həyatını itirib.

ÇıxışYolu.Com İran mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 16-sı səhər saatlarında Məşhəd şəhərində baş verib.

Qürətullah Mənsuri xidməti tapançasını təmizləyərkən atəş açılıb və o, başından aldığı güllə yarasından yerindəcə keçinib.

Bildirilir ki, o, İran-İraq müharibəsinin iştirakçılarından olub və bundan əvvəl “İmam Rza” qüvvələrinin 21-ci briqadasının, 5-ci “Nəsr” ordusunun və “Qüds” qərargahının komandiri vəzifələrində çalışıb.

Samir İsayev
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!