İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər. Bunu İran İslam Respublikasının “Xatəmul Ənbiya” qərargahının komandiri general-mayor Qulam Əli Rəşid bəyan edib
“Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.
O bildirib ki, İran regionda müharibə arzulamır:
“Çünki, bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə hər zaman təcavüskara qarşı dayanmaq gücünə malikik”.