İranlı kinorejissor Urmiya gölü ətrafında yaşanan insan fəlakətinə diqqət
çəkdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səhiyyə mütəxəssisləri, ekoloqlar və Güney Azərbaycan Milli Hərəkatı fəalları
son illər Urmiya gölünün quruması nəticəsində ekoloji fəlakətin baş verməsi ilə
bağlı xəbərdarlıqlar edirlər. Buna rəğmən, İran hökuməti Urmiya gölünü
dirçəltmək və fəlakətin qarşısını almaq üçün heç bir tədbir görmür. Əvəzində
isə bu ekoloji fəlakətə etiraz edən milli fəallar günü-gündən repressiv
hökumətin qurbanına çevrilirlər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Qeyd olunub ki, bir neçə gün öncə tanınmış güneyli kinorejissor Məhəmməd
Əlimuradi “Instagram” sosial şəbəkə hesabında “Urmiya gölü ətrafında insan
fəlakəti” başlıqlı yazı paylaşaraq, tənəffüs və həzm orqanları xəstəliklərinin
fəsadlarına toxunub.
O, gölün ətrafında yerləşən kəndlərin sakinləri və bir neçə nəfərin ölümü ilə
nəticələnən fəlakətə diqqət çəkərək medianın buna susmasını tənqid edib.
“Gölə yaxın kəndlərin daha bir sakininin ağciyər problemi ilə bağlı
xəstəxanaya yerləşdirilməsi xəbəri məni kədərləndirdi. Sənədli filmlərimdən
birində canlandırdığımız iki uşaq anası…”, – deyə o, yazıb.