60ac9eaf-84b3-453b-bcef-16b1fa6ebce3..jpg

İranlı narkotacirin Bakıdakı kuryer dəstəsinin üzvləri ələ keçdilər – VİDEO

Baxış sayı: 1. 060 dəfə baxılıb.

İranlı narkotacirin Bakıdakı kuryer dəstəsinin üzvləri ələ keçdilər – VİDEO

Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin
əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində
növbəti əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və
satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan
Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və
Nizami Mürsəlov saxlanılıb.

Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan
psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik
vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından
onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat
nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında
narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə
göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link